...

ZİYAFƏT ƏSGƏROV: "TƏHSİL HAQQINDA" QANUN PARLAMENTİN YENİ ÇAĞIRIŞINDA QƏBUL OLUNACAQ

Cəmiyyət Materials 20 İyul 2005 16:04 (UTC +04:00)

"Təhsil haqqında" Qanun Milli Məclisin üçüncü çağırışında qəbul ediləcək. Bu məlumatı Trend ə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov verib. O, bildirib ki, parlamentin sentyabrda başlayacaq payız sessiyasında "Təhsil haqqında" Qanunun qəbul edilməsi gözlənilmir: "Ümumiyyətlə qanunun qəbulu parlamentin yeni çağırışında olacaq.

"Təhsil haqqında" Qanunla bağlı ayrı-ayrı mövqelərələ toxunmaq istəmirəm. Amma bu qanunla əlaqədar elə məsələlər var ki, təhsil ictimaiyyətin özündə bununla bağlı fikir ayrılıqları var. Ona görə də qanunun qəbulu yubanır"-deyə Z.Əsgərov əlavə edib.

Ziyafət Əsgərov qeyd edib ki, sentyabar ayında isə Milli Məclis "İnvestisiya haqqında" Qanun, "İnşaat fəaliyyəti haqqında" Qanun, "İnformasiya əldə etmək haqqında" Qanunu qəbul edəcək. Vitse-spiker onu da deyib ki, payızda Milli Məclisin nümayəndə heyəti Misir Ərəb Respublikasına səfər edəcək. Bunun Azərbaycanla Misirin parlamentlərarası əməkdaşlıq qrupunun səfəri olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti