...

AZƏRBAYCAN TURİST SƏYAHƏTLƏRİ ÜÇÜN TÖVSİYƏ OLUNAN ÖLKƏLƏR SİYAHISINA DAXİL EDİLƏCƏK

Cəmiyyət Materials 26 İyul 2005 18:23 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycan Çin hökumətinin turist səyahətləri üçün tövsiyə etdiyi ölkələr siyahısına daxil ediləcək. Gənclər, idman və turizm nazirliyində Trend agentliyinə bildirilib ki, Azərbaycanla Çin arasında bu barədə razılaşma hələ ötən il gənclər, idman və turizm naziri Əbülfəz Qarayevin Çinə səfəri zamanı əldə olunub.

Nazirlikdə bildirilib ki, Çin turizm sahəsində Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi maraq göstərir. Çin turizmin inkişafı sahəsində zəngin təcrübəsi olan bir ölkə kimi iki ölkənin turizm şirkətləri arasında birbaşa əlaqələrin genişləndirilməsi üzrə bir sıra təkliflər verib.Təkliflər turist mübadiləsi, müştərək müəssisələrin yaradılması və s. sahələrə aiddir.

Nazirlikdə bildirilib ki, yaxın vaxtlarda konkret fəaliyyət planının müzakirə edilməsi niyyəti ilə Azərbaycana Çindən nümayəndə heyətinin gəlməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti