BMT-nin Cenevrə bölməsindəki müasir incəsənət sərgisində nümayiş olunan əsərlər kataloquna azərbaycanlı rəssam Mir İsmayıl Cəfərovun "Oxu Tar" adlı rəsm əsəri daxil edilib. Azərbaycanın Xarici İşlər Nazirliyindən Trend ə verilən məlumata görə, BMT nizamnaməsinin imzalanmasının 60 illiyinə həsr olunmuş sərgidə 4 MDB dövlətinin - Azərbaycan, Rusiya, Belorus və Ukrayna rəssamlarının əsərləri sərgiyə qoyulub.
Kataloqda İ.Cəfərovun əsəri haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, iyunun 26-da açılmış sərgi oktyabrın 26-na kimi davam edəcək.