...

RAMİL SƏFƏROVUN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİ DƏYİRMİ MASA KEÇİRİB

Cəmiyyət Materials 23 Sentyabr 2005 17:48 (UTC +04:00)

Sentyabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Ramil Səfərovun Hüquqlarını Müdafiə Təşkilatının üzvləri dəyirmi masa keçirib. Trend məlumat verir ki, tədbirin keçirilməsində məqsəd sentyabrın 27-də Budapeşt məhkəməsində keçirilməsi nəzərdə tutulan məhkəmə ilə bağlı ictimaiyyətdə rəy yaratmaqdır.

Tədbirdə Müdafiə Komitəsinin üzvü, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı çıxış edərək bildirib ki, Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla erməni zabiti Qurgen Markaryan arasında baş vermiş qanlı olay hələ də özünün hüquqi qiymətini almayıb. QAT sədrinin fikrincə, məhkəmə prosesi heç bir ehtiyac olmadan uzadılır.

Ermənistanın rəsmi strukturları isə bu hadisədən sui-istifadə etməklə Azərbaycan dövlətinin və xalqının imicinə zərbə vurmağa, Ramil Səfərova ağır cəza verilməsinə nail olmağa çalışırlar. "Erməni diaspora təşkilatları saxta və isterik təbliğat kampaniyası ilə macar cəmiyyətində yanlış təsəvvür yaratmağa, Budapeşt məhkəməsinə təsir göstərməyə cəhd edirlər. Ermənilər öz tarixlrində növbəti dəfə bəd xasiyyətlərini nümayiş etdirərək, "ölü erməni" amilindən bəhrələnməyə çalışırlar" - deyə A.Nağı bildirib.

Müdafiə Komitəsinin digər üzvləri də Azərbaycan hökumətini və cəmiyyəti Ramil Səfərovun taleyinə ciddi yanaşmağa çağırıblar.

Tədbirdə həmçinin bəyanat da qəbul edilib. Bəyanatda qeyd olunur ki, Azərbaycan hakimiyyəti və cəmiyyəti erməni vəhşiliyi və təxribatlarının qurbanı olmuş Ramil Səfərovu daha fəal şəkildə müdafiə etməlidir.

Onun başına gətirilmiş faciənin mahiyyəti, motivləri, səbəbləri haqqında həqiqətlər Macarıstan ictimaiyyətinə və məhkəmələrinə çatdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti