...

QILINCOYNADAN RUSLAN ƏZİZOV LEYPSİQDƏ MƏŞQLƏRDƏDİR

Cəmiyyət Materials 7 Oktyabr 2005 15:17 (UTC +04:00)

Azərbaycan qılıncoynadanı Ruslan Əzizov Leypsiqdə dünya çempionatına hazırlıq çərçivəsində təlim-məşq oyunları keçir.

Milli Federasiyanın vitse-prezidenti Yaşar Məmmədov Trend ə bildirib ki, Beynəlxalq Qılıncoynatma Federasiyasının himayəsi ilə keçirilən oyunlarda bir çox ölkələrdən təxminən otuz qılıncoynadan iştirak edir.Onun fikrincə, bugünkü gündə R.Əzizov respublikanın ən yaxşı qılıncoynadanıdır və buna əsasən də o, Almaniyaya gedib. Leypsiqdə Ruslan dünya çempionatında qarşılaşacağı potensiallı rəqibləri ilə yoxlama görüşlərində yarış təcrübəsi alacaq.

Qeyd etmək lazımdır ki, Leypsik şəhərinə səfərədək R.Əzizov Türkiyənin açıq çempionatında iştirak edib və yeddinci yeri tutub.

Xəbər lenti

Xəbər lenti