...

Azərbaycan KİV monitorinqinin beşinci həftəsinin yekunları açıqlanıb

Cəmiyyət Materials 25 Oktyabr 2005 20:12 (UTC +04:00)

Avropa Şurasının (AŞ) Bakıdakı nümayəndəliyi oktyabrın 25-də Azərbaycan Kiv monitorinqinin beşinci həftəsinin yekunlarını açıqlayıb. Trend bildirir ki, monitorinq oktyabrın 15-dən 21-dək Azərbaycanın media orqanlarının seçki kampaniyası zamanı fəaliyyətinin respublika KİV-in davranış Məcəlləsinin müddəalarına müvafiqliyi mövzusunda aparılıb

Ekspert qrupunun rəhbəri Zeynal Məmmədli bildirib ki, monitorinq 34 qəzeti və 6 televiziya kanalını əhatə edir.O, qeyd edib ki, Azərbaycanda seçki kampaniyasını işıqlandırılmasının ümumi xəritəsi tədricən yaxşılaşır.Amma Z. Məmmədlinin sözlərinə görə, müxalifətçi Demokratik partiyasının lideri Rəsul Quliyevin Bakıya baş tutmamış səfəri mövzusunu işıqlandıran elektron KİV-də, mənfi faktlar hələ də vardır.

"Ötən həftələrlə müqayisədə Məcəllənin pozulması hallarının sayı kəskin azalıb"-deyə o, bildirib.Z.Məmmədli qeyd edib ki, Azərbaycan telekanalları arasında KİV-nin davranışı Məcəlləsinin pozulması hallarının sayına görə efirə 80 material hazırlamış və 21 pozuntu (26,25%) aşkar edilmiş "Lider" telekanalı liderlik edir.Sonrakı yerləri - Space (24.81%), AzTI (9.59%) , İctimai televiziya (9.48%) tutur. "ATI" və "ANS" heç bir pozuntu halı aşkar edilməmiş elektron KİV-in sırasına aid olub.

KİV-nin mətbuat orqanları arasında daha çox pozuntu müxalifətin "Səs" qəzetindəki materiallarda qeydə alınıb. Qəzetdə dərc edilmiş 72 materialda Məcəllənin 63 (87,5%) pozuntusu aşkar edilib.

Z. Məmmədli həm də ölkədə parlament seçkilərinə daha böyük diqqət ayıran üç nəşr orqanının adını çəkib.Bunlar "Bakı Xəbər" (190 məqalə), "Yeni Müsavat" (161 material) və "Azadlıq" (121 məlumat) qəzetləridir.

Büdcə vəsaiti hesabına maliyyələşdirilən mətbuat orqanları arasında pozuntu faizi aşağıdakı kimi bölüşdürülüb: "Respublika" (58,53%), "Xalq qəzeti" (38,46%), "Azərbaycan" (30,00%) və Bakinskiy Raboçiy" (20,00%).

"Monitorinqin məqsədi Azərbaycan ictimaiyyətinin diqqətinə həqiqətləri çatdırmaqdır.Vətəndaşlar bilməlidir ki, hansı KİV orqanı öz vəzifəsini yerinə yetirmir"-deyə ekspert qeyd edib.O, bildirib ki, monitorinq ölkədəki seçkiqabağı vəziyyətə müsbət təsir edəcək.Qeyd edək ki, monitorinq noyabrın 19-da başa çatacaq.

Xatırladaq ki, monitorinq qrupunun tərkibinə AŞ tərəfindən seçilmiş 7 ekspert daxildir.Onlardan ikisi televiziyanın, 4-ü isə qəzetlərin monitorinqini aparır. Z. Məmmədli qrupun rəhbəri təyin edilib.

Xəbər lenti

Xəbər lenti