Ramazan ayının 29-cu günündə, yəni noyabrın 1-də səhər yeməyi (imsaq) saat 06:00-da, axşam namazı və iftar isə 17:56-dır. Bu barədə Trend Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbər verir.
Xatırladaq ki, QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Ramazan ayının 28-ci günündə, yəni oktyabrın 31-də axşam namazı və iftar saat 17:57-dir.
Ramazan ayının iyirmi doqquzuncu günündə oxunan dua: "Allahım! Mərhəmətini məndən əsirgəmə, məni günahlardan uzaq tut".