...

Azərbaycanın ombudsman aparatının əməkdaşları inzibati qaydada saxlanılmış şəxslərin müvəqqəti saxlanıldığı yer və təcridxanalara baxış keçirib

Cəmiyyət Materials 24 Noyabr 2005 15:13 (UTC +04:00)

Azərbaycanın ombudsman aparatının əməkdaşları inzibati qaydada saxlanılmış şəxslərin müvəqqəti saxlanıldığı yer və təcridxanalara baxış keçirib. Bu barədə Trend ə ombudsman aparatından məlumat verilib.

Nümayəndələr Azərbaycan DİN-in mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə Baş İdarəsinin, Yol Polisi Baş idarəsinin, həmçinin, Xətai, Binəqədi, Nərimanov, Yasamal və Nəsimi rayon Polis Bölmələrinin müvəqqəti saxlama yerlərində olublar.

Baxış zamanı saxlanılımış şəxslərin saxlanma qaydaları və hüquqlarının pozulması faktları aşkar olunmayıb.

Aparat əməkdaşları, həmçinin, məhbuslarla görüşərək onların saxlanılma şəraiti, hüquqlarının müdafiəsi, onlara işgəncə verilib-verilməməsi ilə maraqlanıblar.

Xəbər lenti

Xəbər lenti