...

"Neftçi" Birlik Kuboku ərəfəsində itkiyə məruz qalır

Cəmiyyət Materials 21 Dekabr 2005 10:40 (UTC +04:00)

"Neftçi" futbol klubu yanvarın ortalarında Moskvada start veriləcək Birlik Kuboku ərəfəsində itkiyə məruz qalır.

Komandanın baş məşqçisi Ağasəlim Mircavadovun Trend ə bildirdiyinə görə, o, Zaur Tağızadənin xidmətlərindən istifadə edə bilməyəcək. "Forvard hazırda Türkiyədə müalicə kursu keçir və məşqlərə nə zaman qayıdacağı məlum deyil. Lakin ola bilsin ki, Zaur milli çempionatın ikinci dairəsində iştirak etməyəcək", - deyə mütəxəssis qeyd edib. O, həmçinin, qeyd edib ki, qol vurma həssaslığı ilə seçilən bu futbolçunun turnirdə yeri görünəcək.

Qeyd etmək lazımdır ki, ötən Birlik Kubokunun final oyununda Moskvanın "Lokomotiv" komandasının qapısından top keçirmiş Zaur Tağızadə "Xəzər"lə 13-cü turun oyununu da buraxıb.

Xəbər lenti

Xəbər lenti