...

Apellyasiya Məhkəməsi Canmirzə Mirzəyevin şikayətini təmin etməyib

Cəmiyyət Materials 23 Dekabr 2005 17:10 (UTC +04:00)

Dekabrın 23-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim Qəzənfər Kərimovun sədrliyi ilə Canmirzə Mirzəyevin apellyasiya şikayətinə baxılıb və şikayət təmin olunmayıb. Bu barədə Trend ə Canmirzə Mirzəyev məlumat verib.

C.Mirzəyev məhkumluğunun çəkilməmiş hissəsinin üzərindən götürülməsi ilə əlaqədar Xətai rayon məhkəməsinə ərizə ilə müraciət edib. Lakin hakim ərizəni təmin etməyib. Məhkəmənin qərarından narazı qalan C.Mirzəyev qərardan apellyasiya şikayəti verib.

Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclası zamanı ilkin instansiya məhkəməsinin çıxardığı qərara bir daha baxılıb. Qısa çəkən məhkəmə prosesinin sonunda hakim ilkin instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlayıb. Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qərarda C.Mirzəyevin çəkilməmiş məhkumluğunun qüvvədə saxlanılması ilə bağlı ilkin instansiyanın əsaslandığı səbəblərin düzgün olduğu qeyd edilib.

Qeyd edək ki, ilkin instansiya məhkəməsi C.Mirzəyevin məhkumluğunun üzərində saxlanımasını onun cəzaçəkmə müəssisəsində cəza çəkərkən daxili nizam-intizamı pozması ilə əlaqələndirmişdi.

Xəbər lenti

Xəbər lenti