...

"Qarabağ" məşqçi axtarışındadır

Cəmiyyət Materials 27 Dekabr 2005 14:34 (UTC +04:00)

Elxan Abdullayevin xidmətlərindən imtina etmiş "Qarabağ" futbol klubu məşqçi axtarışındadır.

Trend in xəbər verdiyi kimi, məşqçi vəzifəsinə mümkün namizədlər arasında yığmanın keçmiş baş məşqçisi Vaqif Sadıqovun, Kazbek Tuayevin və Əhməd Ələsgərovun da adları var. Lakin ağdamlıların hazırda danışıqlar apardığı Türkiyə mütəxəssislərindən birinin dəvət olunması ehtimalı da istisna edilmir.

Qeyd edək ki, E.Abdullayevin rəhbərliyi ilə "Qarabağ" birinci dairənin yekunları üzrə 15 xal toplayaraq 9-cu yerdə qərarlaşıb. Məşqçinin klubu tərk etməsindən sonra isə komandanın rəhbərliyi 9 nəfər futbolçunu - Rəşad Muradov, Blajenko Bekovaç, Denis Yermeyev, Tərlan Mahmudov, Eltay Aslanov, Fəqan Şahbazov, Sergey Kravçenko, Dmitri Spirin və Denis Sokolovskini transfer edib.

Xəbər lenti

Xəbər lenti