...

Rusiyalı tarixçi Naxçıvan xanlarının xanədanı barədə roman yazır

Cəmiyyət Materials 11 Yanvar 2006 17:49 (UTC +04:00)
Rusiyalı tarixçi Naxçıvan xanlarının xanədanı barədə  roman yazır

Məşhur Rusiya tarixçisi, Rusiya Yazıçılar və Jurnalistlər İttifaqının üzvü, professor Rudolf Nikolaeyviç İvanov Naxçıvan xanlarının zanədanı barədə roman yazır. Trend in məlumatına görə, bu barədə yanvarın 11-də rus tarixçisi Azərbaycan Yazıçılar Birliyində keçiridiyi görüşdə bəyan edib. Yazıçı Azərbaycana alimin işləri ilə çox maraqlanan Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidentinin və Azərbaycan Milli Məclisinin deputatı Mehriban Əliyevanın dəvəti ilə gəlib.

Rudolf İvanov 23 kitabın və 200-ə yaxın məqalənin müəllifidir. Müəllifin həmin əsərləri arasında Rusiya imperiyasının və Qafqazın tarixində mühüm yer tutan kitablar, eləcə də Qafqraz xalqlarının tarixinə həsr edilmiş, Qafqaz xalqlarının iqəhrəman mübarizəsinə, onların Rusiya imperiyasının müdafiəsində və çiçəklənməsində roluna həsr olunan əsərlər üstünlük təşkil edir. Bu barədə görüş iştirakçılarına əməkdar jurnalist və Milli Məclisin deputatı Elmira Axundova məlumat verib. Onun sözlərinə görə, alimin əsərləri içərisində "Bayazidin müdafiəsi: həqiqət və yalan" tarixi povesti çox böyük diqqət cəlb edir.

E.Axundovanın sözlərinə görə, ötən il Rusiya televiziyası ilə 1877-1878-ci illərdə Rusiya-Türkiyə müharibəsinin faciəli epizodlarına həsr olunan "Bayazit" televiziya filmi nümayiş etdirilib. E.Axundovanın sözlərinə görə, film tarixi faktlara heç də həmişə kifayət qədər düzgün yanaşmayana Valentin Pikulun romanı əsasında çəkilib. Lakin filmin yaradıcıları tarixi reallıqlardan daha çox uzaqlaşıblar. Onun sözlərinə görə. bu zaman qalanın müsəlman mənşəli müdafıiəçiləri daha çox təhriflərə məruz qalıblar.

Filmin nümayişindən dərhal sonra Rusiyada dərc olunan "Nezavisimaya qazeta"da Rudolf İvanoviçin "Baüyazidin müdafiəsi: həqiqət və uydurma" adlı böyük bir məqaləsi dərc olunur. Müəllif burada qəhrəmanların və qalanın müdafiəçilərinin, o cümlədən, polkovnik İsmayıl xan Naxçıvanskinin əsil obrazını yaradır. E.Axundovanın sözlərinə görə, filmin yaradıcılarının fərziyyələrinin əksinə olaraq, İvanov polkovnik Naxçıvanskini fədakarlığı və qəhrəmanlığı müqabilində qalanın təslim olmasına yol verməyən "igid və vicdanlı zabit" kimi təsvir edir. R.İvanovun araşdırmalarına görə, İsmayıl xan Rusiya imperiyasının yüksək mükafatlarına layiq görülüb. Deputatın sözlərinə görə, R.İvanov öz araşdırmalarını davam etdirməklə "Bayazidin müdafiəsi: həqiqət və yalan" kitabını yazır və burada azərbaycanlıların hünər və qəhrəmanlıqları barədə danışır və Kəlbala xan və İsmayıl xan Naxçıvanskilərin gözəl portretlərini yaradır.

E. Axundovanın sözlərinə görə, bu kitabın və rus alimin ümumilikdə qərəzsiz apardığı işlərin əhəmiyyətini qiymətləndirməmək çətindir. Bu işlər Mehriban xanım Əliyevanın da diqqətini cəlb edib və o, rus tarixçisi və yazıçısını Bakıya dəvət edib. Müəllifin özünün sözlərinə görə, hazırda o, Hüseynqulu xan Naxçıvanskiyə həsr olunmuş roman üzərində işləyir və materialların toplanması ilə məşğuldur. Bu məqsədlə tarixçi Naxçıvana səfər etmək niyyətindədir.

Görüşün iştirakçıları, Azərbaycanın xalq yazıçıları Anar, Fikrət Qoca, Azərbaycan Yazıçılar Birliyinin katibi Tofiq Əmirahlı saxtalaşdırılan tarixi faktları düzəldən, oxucuya imperiyaya vicdanla və sədaqətlə xidmət edən azərbaycanlı generalların əsl obrazlarını göstərən rusiyalı alimin əsərini yüksək qiymətləndiriblər. Yazıçılar kitabın Azərbaycan dilinə tərcümə olunması ideyası ilə çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti