...

Azərbaycan fiqurçuları Avropa çempionatında çıxış edəcək

Cəmiyyət Materials 16 Yanvar 2006 16:57 (UTC +04:00)

Fiqurlu konki sürmə üzrə Azərbaycanı təmsil edən Kristin-Freyzer-İqor Lukanin rəqs cütlüyü yanvarın 16-da Lionda start veriləcək Avropa çempionatında iştirak edəcək.

Trend in xəbər verdiyi kimi, Fransada keçiriləcək yarış Turin olimpiadası ərəfəsində sonuncu yoxlama olacaq. Buna görə də bu yarış idmançılar üçün xüsusi əhəmiyyət kəsb edəcək. İcbari, orijinal və sərbəst proqramların icrasının yekunlarına görə, duet ilk onluğa düşməyi nəzərdə tutur ki, bu da asan başa gəlməyəcək. Bundan başqa yarışa Rusiya, Fransa, Kanada və digər ölkələrdən də cütlüklər qatılacaq.

Qeyd etmək lazımdır ki, K.Freyzer və İ.Lukanin bu çempionata son illər ərzində məşq etdikləri Vaşinqtonda hazırlaşıb.

Xəbər lenti

Xəbər lenti