...

"Gəncə" AFFA-dan möhlət istəyir

Cəmiyyət Materials 10 Fevral 2006 16:06 (UTC +04:00)

"Gəncə" Azərbaycan çempionatının ikinci dövrəsində "İnter"ə qarşı matçın vaxtının uzadılması ilə bağlı AFFA-ya müraciət edib.

Trend in xəbər verdiyi kimi, komanda bunu bir sıra aparıcı futbolçuların tərk etdiyi kollektivin maliyyə problemləri ilə izah edib. Baş məşqçi postuna qayıtmış Mehman Allahverdiyev komandanın tərkibini hələ tam formalaşdırmayıb. "Gəncə" rəhbərliyi ümid edir ki, klub ayrılmış vaxt ərzində problemlərini həll etmək üçün sponsor tapacaq.

Xatırladaq ki, milli birinciliyin ilk dövrəsinin yekunlarına görə klub turnir cədvəlində 5-ci yerdədir.

Xəbər lenti

Xəbər lenti