...

Azərbaycan yığması bədii gimnastika üzrə Dünya Kubokunun finalına yüksəldi

İdman Materials 23 İyul 2016 18:24 (UTC +04:00)
Azərbaycan yığması Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda 3 cüt gürz və 2 halqa ilə qrup hərəkətlərinin yekunu üzrə finala yüksəlib.
Azərbaycan yığması bədii gimnastika üzrə Dünya Kubokunun finalına yüksəldi

Bakı. Maksim Tsurkov - Trend:

Tərkibində Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynep Celep və Ayşən Bayramovanın olduğu Azərbaycan yığması Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda 3 cüt gürz və 2 halqa ilə qrup hərəkətlərinin yekunu üzrə finala yüksəlib.

Trend-in məlumatına görə, təsnifatda gimnastlarımız 17.650 bal yığıblar ki, bu da onların finala çıxmasına imkan verib.

Həmçinin finala Rusiya, İsrail, İtaliya, Bolqarıstan, İspaniya, Yaponiya və ABŞ yığmaları vəsiqə qazanıb.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti