...

Kot-d’İvuarlı məşqçi: İslamiada Azərbaycanda idmanın daha da inkişafına yol açacaq

İdman Materials 12 May 2017 20:41 (UTC +04:00)
Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları ölkədə idmanın daha da inkişafına yol açacaq.
Kot-d’İvuarlı məşqçi: İslamiada Azərbaycanda idmanın daha da inkişafına yol açacaq

Bakı. Ləman Zeynalova, Vüqar İmanov - Trend:

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları ölkədə idmanın daha da inkişafına yol açacaq.

Bunu Trend-ə Kot-d’İvuarın güləş üzrə məşqçisi Allyu Onore deyib.

O, yarışların yüksək səviyyədə təşkil olunduğunu deyib: “Hamı üçün – idmançılar və məşqçilər üçün yaxşı şərait yaradılıb”.

Məqşçi qeyd edib ki, o, Bakıya birinci dəfə gəlib və şəhər onun çox xoşuna gəlib.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti