...

Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 954 584-ə çatıb

İqtisadiyyat Materials 13 Oktyabr 2016 10:39 (UTC +04:00)
Sentyabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 9556 yeni abonent qeydiyyata alınıb ki, bunun da 2974-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 6582-si isə regionların payına düşüb.
Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 954 584-ə çatıb

Bakı. Trend:

Sentyabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 9556 yeni abonent qeydiyyata alınıb ki, bunun da 2974-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 6582-si isə regionların payına düşüb. Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 954 584-ə çatıb.

Oktyabrın 1-ə olan məlumata görə, əhali sektoru üzrə 132 291 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 378 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti