...

“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” lotereyasının qalibləri məlum olub

İqtisadiyyat Materials 7 Noyabr 2016 14:37 (UTC +04:00)
Bu gün ASC “Xalq” Bankı plastik kart sahibi olan müştəriləri üçün “Xalq Bank kartı ilə ödə, istirahət qazan!” stimullaşdırıcı lotereyasının səkkizinci tirajını keçirib.
“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” lotereyasının qalibləri məlum olub

Bakı. Trend:

Bu gün ASC “Xalq” Bankı plastik kart sahibi olan müştəriləri üçün “Xalq Bank kartı ilə ödə, istirahət qazan!” stimullaşdırıcı lotereyasının səkkizinci tirajını keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, tiraj komissiyasının üzvlərinin iştirakı ilə keçirilən uduşda 121 615 bilet iştirak edib ki, bu əvvəlki tirajda oynanılan biletlərin sayı ilə müqayisədə 16% çoxdur. Uduşda oktyabr ayı ərzində 20 manat (və ya xarici valyutada ekvivalenti) və daha çox məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri iştirak edib.

“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” stimullaşdırıcı lotereyanın səkkizinci uduşunda bilet №14997830 - Həsənov Artyom Nəsib oğlu; bilet №15015013 - Qurbanov Şıxsəid Qurban oğlu və bilet №14929365 - Qaragöz Zemfira Azər qızı qalib gəlib. Uduşun qalibləri Şamaxıda yerləşən dəbdəbəli “Sakit Göl” tətil və istirahət məkanında 2 nəfərlik istirahət kuponu (iki gün, bir gecə; səhər və şam yeməyi daxildir) əldə ediblər. Kuponlar qalibə verildiyi andan 2 ay müddətində etibarlıdır.

“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” lotereyası cari ilin mart ayının 2-dən başlayaraq 31 dekabr tarixədək davam edəcək. Növbəti tiraj dekabr ayının 5-də baş tutacaq. Bu tirajda noyabr ayının 1-dən 30-dək qazanılan elektron biletlər iştirak edəcək. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı xarici vətəndaşlar da iştirak edə bilər. Plastik kartları Bankın istənilən filialında əldə etmək olar. Visa Electron/MC Debit, Visa Classic/MC Standard və Visa Gold/MC Gold kartları pulsuz təqdim olunur. Plastik kartlar və kampaniya haqda daha ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti