...

“Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” e-portalı istifadəyə verilib

İqtisadiyyat Materials 10 Noyabr 2016 11:29 (UTC +04:00)
“Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalı təqdim olunub.
“Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” e-portalı istifadəyə verilib

Bakı. Trend:

“Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalı təqdim olunub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən Trend-ə verilən məlumata görə, yeni yaradılan portalın “Elektron hökumət” portalına inteqrasiyası məsələsi də müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılan “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin məqsədi regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq və dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etməkdir.

Tədbir çərçivəsində danışıqlar zamanı qurum nümayəndələri birgə layihələrin həyata keçirilməsi istiqamətində danışıqlar aparıb. Yeni yaradılan portalın “Elektron hökumət” portalına inteqrasiyası məsələsi, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti üçün elektron imzanın qurumdaxili istifadəsi, həmçinin, sənədlərin avtomatlaşdırılmış rejimdə imzalanması sisteminin qurumun fəaliyyətinə tətbiqi məsələsi müzakirə olunub. Güman edilib ki, gələn ildən etibarən istifadəyə verilməsi nəzərdə tutulan yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzanın tətbiqi bu sahədə görüləcək işlərin daha da rahat olmasına gətirib çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti