...

Gömrükdə 13 mindən çox pirotexniki vasitə aşkar edilib(FOTO)

İqtisadiyyat Materials 17 Noyabr 2016 16:19 (UTC +04:00)
“Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.
Gömrükdə 13 mindən çox pirotexniki vasitə aşkar edilib(FOTO)

Bakı. Trend:

Gömrükdə 13200 ədəd pirotexniki vasitələr aşkar edilib.

Trend Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən hər birində 600 ədəd olmaqla 22 qutu, ümumilikdə isə 13200 ədəd pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti