Bakı. Trend:
Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası çərçivəsində “Bakıkhanov Residence” yaşayış kompleksində mənzil sahiblərinə hazır çıxarışlar təqdim olunub.
Bu barədə Trend-ə Komitədən məlumat verilib.
Bu gün keçirilən kampaniyada paytaxtın Sabunçu rayonunda yerləşən “Bakıkhanov Residence” yaşayış kompleksinin 40-a yaxın mənzil sahibinə hazır çıxarışlar təqdim edilib.