...

Metyu Brayza: Şopinq festivalında “tax free” sisteminin tətbiqi əla düşünülüb

İqtisadiyyat Materials 17 Aprel 2017 17:06 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Bakı Şopinq Festivalı ilə bağlı fikirlərini bölüşüb.
Metyu Brayza: Şopinq festivalında “tax free” sisteminin tətbiqi əla düşünülüb

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Bakı Şopinq Festivalı ilə bağlı fikirlərini bölüşüb.

Trend-in məlumatına görə, keçmiş səfir bildirib: “Bakıda Şopinq Festivalının keçirildiyini eşitmək çox xoşdur. Məncə, festival boyu “Tax Free” sisteminin tətbiqi turistlərin cəlb edilməsi üçün əla düşünülüb”.

M.Brayza əmindir ki, xarici turistlərin Azərbaycana cəlb olunması baxımından festivalın önəmi böyükdür: “İrandan və bəzi Ərəb ölkələrindən Azərbaycana əvvəllər də turistlər az gəlmirdi. Bu festivalla isə Dubaydan fərqli yer axtaran bu ölkələrdən Azərbaycana gələn turist kontingenti artacaq. Ümumiyyətlə, başqa ölkələrdən də festivalla maraqlanıb, Azərbaycana gələn turistlərin sayı artacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti