...

Arzularınızın memarı "Yeni Həyat" yeni layihəsini təqdim etdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2014 12:54 (UTC +04:00)
Fəaliyyətinə 2002-ci ildə başlayan başlayan “Yeni Həyat” Şirkətlər Qrupu bu gün artıq Azərbaycanın inşaat sektorunun liderlərindən biri sayılmaqdadır.
Arzularınızın memarı "Yeni Həyat" yeni layihəsini təqdim etdi (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend/

Fəaliyyətinə 2002-ci ildə başlayan başlayan "Yeni Həyat" Şirkətlər Qrupu bu gün artıq Azərbaycanın inşaat sektorunun liderlərindən biri sayılmaqdadır. Ötən illər ərzində şirkət bir sıra uğurlu layihələrə imza ataraq, yalnız yeni binalar deyil, yeni təyat tərzini əks etdirən yaşam və iş ortamlarını istifadəyə vermişdir. Keyfiyyət, dizayn, yerləşmə və kompleksliliyi özünün əsas meyarlarına çevirən "Yeni Həyat" Şirkətlər Qrupu müştəri məmnuniyyətinə də hər zaman böyük diqqətlə yanaşmış, hər layihədə nəzərdə tutulan müştəri seqmentinə uyğun tələbləri əks etdirə bilmişdir.

Bu gün "Yeni Həyat" Şirkətlər Qrupu yeni "Grand Hayat" layihəsini təqdim edir. "Grand Hayat" kompleksinin təməli Bakının ən qaynar nöqtələrindən biri sayılan Tbilisi prospekti, 1054-də, mərkəzə və şəhərin əsas çıxışlarına ən yaxın bir ünvanda qoyulmuşdur. 318 560 m2 sahəni əhatə edən layihə hər biri 24 mərtəbədən ibarət 10 ədəd bir bloklu binalar kompleksidir. "Yeni Həyat" bu layihəsində özünün əsas dəyərləri sayılan keyfiyyət, dizayn, komplekslilik və yerləşmə prinsiplərini bariz şəkildə nümayiş etdirib.

Bununla birlikdə, şirkət Azure kompleksdə olduğu kimi, bu layihəsində də "7S" keyfiyyət standartını tətbiq etmək niyyətindədir. "7S" - 7 service-7 xidmət anlamını verməkdədir. Buraya 1) sakinlərə hər növ xidmət (kommunal,güvənlik, konsyerj və s.); 2) mənzillərin təmirli təhvil verilmə imkanı, 3) geniş və qapalı həyətyanı sahənin olması; 4) hipermarket; 5) uşaq bağçası; 6) Fitness və SPA mərkəzi; 7)Kafe-restoranlar və teras daxil olmaqla Megafun əyləncə mərkəzi. Qısa nəticələndirmiş olsaq, "7S" "Yeni Həyat" Şirkətlər Qrupunun yaratdığı yeni və keyfiyyətli həyatın standartlar toplusudur. Və bu toplu "Grand Hayat" layihəsində özünün tam əksini tapacaqdır.

"Grand Hayat" sadəcə bir yaşayış kompleksi deyil, şəhər içində şəhər fəlsəfəsinin təcəssümüdür. Müasir və ən əsası, komfortlu yaşamın bütün elementləri burada öz yerini tapıb. Kompleksdəki 2, 3 və 4 otaqlı 1920 təmirli və təmirsiz mənzillər, 3400 avtomobilin rahat yerləşə biləcəyi modern parkinq, 5000 m2 sahədə yerləşən və ailənin hər ehtiyacını ödəyə biləcək hipermarket, 10000 m2 sahəli park konseptli həyətyanı sahə. Ancaq bu da son deyil. Kompleksdə ən son dünya standartlarına uyğun Fitness və SPA mərkəzi, fərqli dünya mətbəxlərini təqdim edən kafe və restoranlar, uşaq bağçası və əyləncənin sinoniminə çevrilən "Megafun" əyləncə mərkəzi də yer alacaqdır. "Grand Hayat" müasir yaşamın bütün üstünlüklərini özündə birləşdirən unikal bir məkan olacaqdır.

Bundan öncəki layihəsi "Park Azure" kimi, "Grand Hayat" da orta sinif nümayəndələrini mənzil sahibi etməyə xidmət edəcəkdir. Məhz bu baxımdan, bu layihədə də "Yeni Həyat" Şirkətlər Qrupu əlverişli ipoteka şərtlərini tətbiq etmək niyyətindədir. 10%-dən başlayan ilkin ödəniş, 10 ildən 20 ilə qədər müddətə və 10%-dən başlayan illik ödənişlər 1920 ailənin yeni mənzil arzusunu gerçək edəcək.

Qeyd edək ki, öncəki layihədə olduğu kimi, "Grand Hayat" layihəsi üzrə ipoteka kampaniyasında da "Bank Technique" "Yeni Həyat" Şirkətlər Qrupunun başlıca partnyoru olaraq çıxış edəcəkdir. Bununla birgə, bu ipoteka kampaniyasına ölkənin digər aparıcı bankları da cəlb olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti