...

İctimai Palatanın nümayəndəsi: Rusiya və Azərbaycan energetika, hərbi-texniki əməkdaşlıq və kənd təsərrüfatı sahələrində əməkdaşlığı inkişaf etdirə bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2014 14:44 (UTC +04:00)
Rusiya və Azərbaycan energetika, hərbi-texniki əməkdaşlıq və kənd təsərrüfatı sahələrində əməkdaşlığı inkişaf etdirə bilərlər.
İctimai Palatanın nümayəndəsi: Rusiya və Azərbaycan energetika, hərbi-texniki əməkdaşlıq və kənd təsərrüfatı sahələrində əməkdaşlığı inkişaf etdirə bilərlər

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Rusiya və Azərbaycan energetika, hərbi-texniki əməkdaşlıq və kənd təsərrüfatı sahələrində əməkdaşlığı inkişaf etdirə bilərlər. Trend xəbər verir ki, bu barədə bu gün İTAR-TASS-da keçirilən mətbuat konfransında RF İctimai Palatasının İctimai diplomatiyanın və xaricdəki həmvətənlərə dəstək komissiyasının üzvü Sergey Markov bildirib.

O deyib: "Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib. Bunların hamısı yeni əsasda iqtisadi əlaqələrin inkişafı üçün zəmin yaradır".

S.Markovun fikrincə, Xəzər dənizi şelfində neft hasilatında əməkdaşlıq üzrə birgə layihələrdə böyük perspektivlər var: "Azərbaycanla hərbi-texniki əməkdaşlığı genişləndirməyə, o cümlədən ən yeni silah sistemlərimizi satmağa hazırıq. Azərbaycan onları həm strateji tərəfdaş, həm də dost ölkə kimi alır".

S.Markov sanksiyaların tətbiqi ilə bağlı Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının böyük perspektivləri olduğunu qeyd edib. O, ümid etdiyini bildirib ki, hökumət səviyyəsində aparılan məsləhətləşmələrdən sonra Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxarılmasının xeyli artırılmasına nail ola bilərlər.

Öz növbəsində Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracını sürətlə artıra bilər. Buna həm də təkcə tərəvəz və meyvələr deyil, quş əti də daxildir: "Hökumətlərarası komissiyada bu mövzuda çox ciddi danışıqlar gedir. Burada sistem olmalıdır, dövlət strukturları qoşulmalıdır".

Diplomat qeyd edib ki, fermerlər öz məhsullarını satdıqlarına əmin olmalıdırlar: "Bu mexanizmi qaydaya salmaq lazımdır, yoxsa bu işin fermerlərə xeyri olmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti