...

Bakıda Azərbaycan-Avstriya biznes-forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2015 20:11 (UTC +04:00)
Bu il iyunun 3-də Avstriyanın elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadette Qierlinqerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Bakıda Azərbaycan-Avstriya biznes-forumu keçiriləcək

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir Azad Həsənli/

Bu il iyunun 3-də Avstriyanın elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadette Qierlinqerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.

Səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakı şəhərində Azərbaycan-Avstriya biznes-forumunun keçirilməsi nəzərdə tutulur.

Biznes-forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15 Avstriya şirkətinin iştirakı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti