...

Azərbaycan və Tacikistan TSP İqtisadi Şurasının yaradılmasını müzakirə edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2015 15:51 (UTC +04:00)
Bakıda Azərbaycan Ticarət və Sənaye Palatasının (TSP) prezidenti Niyaz Əli-zadə ilə Tacikistan Ticarət və Sənaye Palatasının sədri Şərif Səidin görüşü olub.
Azərbaycan və Tacikistan TSP İqtisadi Şurasının yaradılmasını müzakirə edirlər

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Bakıda Azərbaycan Ticarət və Sənaye Palatasının (TSP) prezidenti Niyaz Əli-zadə ilə Tacikistan Ticarət və Sənaye Palatasının sədri Şərif Səidin görüşü olub.

Trend-in Azərbaycan TSP-nin saytına istinadən verdiyi məlumata görə, görüş zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər, o cümlədən TSP İqtisadi Şurasının yaradılmasının mümkünlüyü müzakirə olunub.

Baş tutan görüşdə iki respublikanın TSP-ləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Trend-in Tacikistan TSP-nin mətbuat mərkəzinə istinadən verdiyi məlumata əsasən, görüşdə ikitərəfli ticari-iqtisadi əməkdaşlığın perspektivlərinə baxılmasına xüsusi yer ayrılıb.

İki ölkənin Ticarət və Sənaye palataları və biznes dairələrinin qarşılıqlı faydalı əməkdaşlığının aktivləşdirilməsi üzrə məsələrə də toxunulub. O cümlədən neft-qaz, enerji, sənaye, inşaat sənayesi, nəqliyyat, faydalı qazıntıların hasilatı, turizm və aqrar sənaye kompleksləri sahələrində əməkdaşlığın qurulması imkanları müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti