...

Azərbaycan bankları inkişaf strategiyasını yenidən nəzərdən keçirirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2015 12:48 (UTC +04:00)
Azərbaycan bankları yeni iqtisadi şəraiti nəzərə almaqla inkişaf strategiyasını yenidən nəzərdən keçirirlər.
Azərbaycan bankları inkişaf strategiyasını yenidən nəzərdən keçirirlər

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan bankları yeni iqtisadi şəraiti nəzərə almaqla inkişaf strategiyasını yenidən nəzərdən keçirirlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, neftin qiymətinin ucuzlaşması və dünyada çətin iqtisadi vəziyyət Azərbaycan iqtisadiyyatına da təsir edir, buna görə də banklar öz inkişaf strategiyalarını yenidən nəzərdən keçirmək məcburiyyətindədirlər.

Z. Nuriyev qeyd edib ki, yeni strateji planlaşdırmada əsas diqqət daha məsuliyyətli kreditləşməyə, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə, korporativ sektora və s. məsələlərə ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti