...

Daha bir qəsəbənin su problemi həll olunur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2016 14:47 (UTC +04:00)
İçməli su problemindən əziyyət çəkən Abşeron rayonunun Çaylı qəsəbəsinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni magistral su xəttinin tikintisi yekunlaşıb.
Daha bir qəsəbənin su problemi həll olunur (FOTO)

Bakı. Trend:

İçməli su problemindən əziyyət çəkən Abşeron rayonunun Çaylı qəsəbəsinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni magistral su xəttinin tikintisi yekunlaşıb.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, layihənin birinci mərhələsində Abşeron rayonunun Pirəküşkül qəsəbəsi və məcburi köçkün yaşayış massivinin içməli su təchizatı yaxşılaşdırılıb. Həmin yaşayış məntəqələrini içməli su ilə təmin etmək üçün +145 Müşfiqabad su anbarından 10,2 km uzunluğunda magistral su xətti çəkilib. Magistral xətt həmin yaşayış məntəqələrinin mövcud şəbəkələrinə qoşulub və suyun verilməsi təmin olunub.

Növbəti mərhələdə Çaylı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qəsəbəni su ilə təmin edən və uzun müddət istismar olunaraq yararsız vəziyyətə düşmüş magistral su xəttinin dəyişdirilməsi qərara alınıb. Bu məqsədlə 225 mm diametrli borularla 1,6 km uzunluğunda magistral su xətti çəkilib.

Hazırda yeni çəkilmiş magistral su xəttinin mövcud su təchizatı sistemlərinə birləşdirilməsi işləri aparılır. Magistral xətdən suyun verilməsi ilə 1600-dək sakini olan Çaylı qəsəbəsinin içməli su təchizatı yaxşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti