Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Binəqədi rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il avqustun 9-da Binəqədi rayonunda işgüzar forum keçirib.
Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;
- istixana təsərrüfatlarının yaradılması;
- ət kəsimi, üzlük daşların, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]