...

Bank BTB-yə yeni sədr təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2017 16:17 (UTC +04:00)
Bank BTB-yə yeni sədr təyin olunub
Bank BTB-yə yeni sədr təyin olunub

Bakı. Trend:

"Bank BTB" ASC-nin İdarə heyətinin sədri vəzifəsinə Rzayev Emil Sabir oğlu təyin olunub.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

E.Rzayev 21 ildir bank sektorunda fəaliyyət göstərir. Bunlardan 14 il ərzində yüksək vəzifələrdə çalışıb.

Bank BTB-nin Müşahidə Şurasında da dəyişikliklər baş verib. Banka əvvəl sədrlik edən Samir Qocayev Müşahidə Şurasında Asim Salamovu əvəz edib. Hazırda Müşahidə Şurasının tərkibi 3 nəfərdən ibarətdir.

Qeyd edək ki, Bank BTB 2010-ci ildən yaradılıb. Bu gün bank 10 filial, 6 şöbə və baş ofisdə yerləşən Müştəri Xidmətləri Departamenti ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti