...

BAKIDA PAKİTSAN MİLLİ BANKININ FİLİALI AÇILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2005 13:42 (UTC +04:00)
BAKIDA PAKİTSAN MİLLİ BANKININ FİLİALI AÇILIB

İyulun 11-də Bakıda Pakistan Milli Bankının filialının açılış mərasimi keçirilib. Trend agentliyinin məlumatına əsasən, 1996-cı ildən etibarən ölkədə bankın nümayəndəliyi fəaliyyət göstərir, cari ilin iyun ayının 30-da isə o, Azərbaycan Milli Bankından filialın açılılmasına lisenziya əldə edib.

PMB-in xarici filiallara nəzarət və onları idarə etmə qrupunun sədri Tahir Yaqubun verdiyi məlumata görə, Pakistanda ən iri bank olan PMB-in aktivləri 10 mlrd dollar təşkil edir.

O, həmçinin qeyd edib ki, PMB-in regional mərkəzi Almatada yerləşir və bankın Qırğızıstan, Türkmənistan və Qazaxıstanda filialları fəaliyyət göstərir.

PMB-in Mərkəzi Asiya ölkələri üzrə regional nümayəndəsinin sözlərinə görə. dünyanın 17 ölkəsində bankın 22 filialı mövcuddur.

Qeyd edək ki, Pakistan Milli Bankının ilkin kapitallaşması 5,2 mln dollar təşkil etməlidir. Beləliklə, hazırda ölkədə 43 bank fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti