...

BAKIDA IFAD İLƏ SAZİŞ İMZALANIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2005 17:13 (UTC +04:00)
BAKIDA IFAD İLƏ SAZİŞ İMZALANIB

İyulun 19-da Azərbaycanın kənd təsərrüfatı nazirliyində Beynəlxalq kənd təsərrüfatı inkişafı fondu (IFAD) ilə ölkənin şimal-qərb regionlarının inkişafı layihəsi üzrə saziş imzalanıb. Trend agentliyi bildirir ki, Azərbaycan tərəfdən sazişi kənd təsərrüfatı naziri İsmət Abbasov, digər tərəfdən isə Fondun IFAD ölkələri üzrə meneceri Abdulla Rəhman imzalayıb.

Sazişdə nəzərdə tutulmuş kreditin məbləği $25 mln. təşkil edir. Layihənin gerçəkləşdirilməsi müddəti 5 ildir. Həmin layihə Azərbaycanın şimal-qərb rayonlarını əhatə edəcək və 15 min nəfərdən çox əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilib. Müqavilə imzalandıqdan sonra 2 ay ərzində bu istiqamətdə işlərə başlanılacaq.

Xəbər lenti

Xəbər lenti