...

QARS-AXALKALAKİ-TBİLİSİ-BAKI DƏMİR YOLU LAYİHƏSİNİN TİƏ İLİN SONUNADƏK HAZIR OLACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2005 18:06 (UTC +04:00)

Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun tikinti layihəsinin TİƏ cari ilin sonunadək işlənib-hazırlanacaq.Bu barədə Trend agentliyinə AR nəqliyyat nazirliyində bildirilib.

Hazırda layihənin TİƏ-ni öz üzərinə götürən Türkiyə sənədin hazırlanması üzrə məsləhətçinin seçilməsi üçün tender elan edib.Tender prosedurasının yaxın zamanlarda başa çatdırılması və TİƏ-nin gerçəkləşdirilməsinə başlanılması nəzərdə tutulur ki, burada da dəmir yolunun tikintisi müddəti öz əksini tapacaq.Aparılan hesablamalara görə, bunun üçün 1,5 il vaxt lazımdır.

Nazirlikdə həm də qeyd edilib ki, layihə çərçivəsində avqustda Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat idarələri başçılarının İstambulda görüşü planlaşdırılıb.

Yolun uzunluğu 98 km. təşkil edir.İlkin hesablamalara görə, Qars-Axalkalaki-Tbilisi-Bakı layihəsinin gerçəkləşdirilməsi üçün $400 mln. tələb olunur.

Xəbər lenti

Xəbər lenti