...

2006-CI İL ÜÇÜN AZƏRBAYCAN BÜDCƏSİ ÜZRƏ BVF MİSSİYASI BAKIYA GƏLİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2005 17:01 (UTC +04:00)

Bu gün axşam BVF-nin Yaxın və Orta Şərq üzrə departamentinin direktor müavini Vitali Kramarenkonun rəhbərlik etdiyi missiya Bakıya gəlir. BVF-nin Bakıdakı nümayəndəliyindən Trend ə xəbər verildiyi kimi, avqustun 31-nə kimi davam edəcək missiya sabahdan işə başlayacaq.

"Missiyanın məqsədi Azərbaycan hökumətinin 2005-ci ilin qalan dövrü üçün yürütdüyü maliyyə siyasətinin və hazırladığı əsas struktur islahatlarının qiymətləndirilməsidir. Missiya, həmçinin, 2006-cı il üçün dövlət büdcə layihəsi üzrə məsləhətləşmələr də aparacaq", - deyə hökumətdə qeyd ediblər.

2006-cı il üçün dövlət büdcəsinin layihəsi hələ Maliyyə Nazirliyi tərəfindən işlənilir və rəsmən Nazirlər Kabinetinə təqdim olunmayıb. Missiya çərçivəsində hökumət və fond arasında gələcəkdə əməkdaşlıq proqramının müzakirəsi planlaşdırılmır.

Azərbaycan tərəfi BVF-dən bir sıra istiqamətlər, xüsusilə Milli bankın monetar siyasəti üzrə texniki yardımın göstərilməsini xahiş edib. Bu məsələ ilə bağlı hələlik heç bir qərar qəbul olunmayıb.

Xəbər lenti

Xəbər lenti