...

NAMİQ NƏSRULLAYEV: MBD ÖLKƏLƏRİNDƏ VAHİD MALİYYƏ NƏZARƏT SİSTEMİNİN YARADLMASI VACİBDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2005 14:03 (UTC +04:00)

Azərbaycan MDB ölkələrinin ali maliyyə nəzarət orqanları rəhbərləri Şurasının 6-cı sessiyasında iştirak edib. Azərbaycanın Hesablama Palatasından Trend ə verilən məlumata görə, sentyabrın 13-də Kişinyovda başlanmış tədbirdə HP sədri Namiq Nəsrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Sessiyanın işində Ermənistan, Belorusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna və Molodovanın AMNO nümayəndə heyəti iştirak edib. Tədbirə müşahidəçi qismində Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa və Estoniyanın AMNO nümayəndə heyətləri dəvət olunub.

Sessiyada maliyyə vəsaitlərinin büdcəyə tam və vaxtında daxil olmasının təmin edilməsində AMNO-nun rolu, aparılmış auditlərin nəticələri üzrə büdcə vəsaitlərindən və dövlət mülkiyyətindən istifadənin səmərəliliyinin artması amili kimi AMNO-nun təklif və tövsiyyələrinin reallaşması ilə bağlı məsələlər müzakirəyə çıxarılıb.

HP-də qeyd edilib ki, tədbirdə N.Nəsrullayev nitqlə çıxış edərək vahid maliyyə nəzarət stisteminin yaradılmasının, bu sahədə daxili və xarici auditin dəqiq müəyyən olunmasının vacibliyini vurğulayıb.

Sessiyanın yekunu üzrə "Vəsaitlərin büdcəyə daxil olmalarının tamlığının təmin olunmasında AMNO-nun rolu haqqında" və MDB ölkələrində "AMNO-nun tövsiyyələrinin reallaşması haqqında" 2 qətnamə qəbul olunub.

MDB ölkələrinin AMNO rəhbərləri Şurası 2000-ci ildə dövlət maliyyə nəzarəti sahəsində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi və əlaqələndirilməsi, həmçinin, bu sahədə təcrübə mübadiləsi məqsədilə yaradılıb. Şuranın növbəti-7-ci sessiyası 2006-cı ilin sentyabrında Minskdə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti