...

Azərbaycan Avropa Konfederasiyası Daxili Audit İnstitutları İllik Assambleyasında iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2005 11:20 (UTC +04:00)

Azərbaycan nümayəndə heyəti Avropa Konfederasiyası Daxili Audit İnstitutları İllik Assambleyasında (European Confederation of Institutes of Internal Auditing- ECIIA) iştirak edir. Azərbaycan Auditorlar Palatasının daxili audit sektorunun müdiri Nigar Murtuzayevanın Trend ə bildirdiyinə görə, tədbir oktyabrın 15-də Kiprdə başlayıb.

Onun sözlərinə görə, Assambleyada Azərbaycan tərəfindən "Azərbaycan Auditi" İctimai Birliyinin üzvləri iştirak edəcəklər.

Assambleyada 2004-cü il oktyabrın 9-da İstambulda keçirilmiş Təşkilatın Baş Assambleyasının yekunları, cari ilin biznes planının təkmilləşdirilməsi, 2005-2006-cı illərdə Assableyanın yeni prezidentinin seçilməsi ilə bağlı məsələlər müzakirə olunacaq, Konfederasiyanın prezidenti İvz Çandelonun maliyyə hesabatı dinləniləcək, yeni idarə heyəti üzvləri, növbəti 2 il üçün biznes-plan və büdcə təsdiqlənəcək, 2006-2009-cu illərdə görüşlərin keçirilmə tarixləri və yerləri müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti