...

İyun-oktyabr aylarında vergi orqanları tərəfindən 2848 obyektdə nəzarət-kassa aparatlarının tətbiqi təmin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2005 20:48 (UTC +04:00)

İyun-oktyabr aylarında vergi orqanları 2848 obyektdə nəzarət kassa aparatlarının və 110 ciddi hesabat blanklarının tətbiqini təmin ediblər. Bu barədə Vergilər Nazirliyinin operativ nəzarətin təşkili İdarəsinin rəisi İlham Əmiralıyev məlumat verib. Onun sözlərinə görə, alqı-satqı əməliyyatları zamanı qarşılıqlı haqq-hesabın düzgünlüyünün üzrə aparılan yoxlamalar zamanı 2184 ticarət nöqtəsində pozuntu halları aşkara çıxıb. Bu vergi orqanlarının işçiləri tərəfindən 2438 protokolda qeydə alınıb və alınan mala görə çek verməyən ticarətçilərə qarşı ümumi məbləği 1 mlrd 33 mln manat həcmində cərimə həyata keçirilib.

Vergi qanunvericiliyi ilə qəti şəkildə qadağan olunan ticarət əməliyyatlarında xarici valyutadan istifadənin tətbiqi ilə bağlı çoxlu sayda pozuntular aşkara çıxıb. Bununla bağlı 948 pozuntu aşkar edilib və 958 protokol hazırlanıb və 85 mln 700 min manatlıq cərimə tətbiq edilib. İctimai yerlərdə, metro stansiyaları qarşısında valyuta ilə alqı-satqı ilə məşğul olan 62 qanun pozucusu 6 milyondan artıq cərimə ödəməli olublar.

İ.Əmiralıyevin sözlərinə görə, Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi ilə birgə işçilərlə əmək müqaviləsi bağlanmadan işləyən müəssisələrə qarşı da işlərin həyata keçirilib. O, belə halların 2393 obyektdə qeydə alındığını və 3907 fiziki şəxsin hüququnun bərpa olunduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti