Açıq Səhlmdar Cəmiyyəti Kommersiya Bankı UniBank-ın tərkibinə Almaniya İnvestisiya Korporasiyasının (DEG) yeni üzvünün daxil olması prosesinin bu ilin sonlarında başa çatdırılması nəzərdə tutulub. Bu barədə Trend ə UniBank-dan məlumat verilib.
DEG -in UniBank-ın kapitalında bankın səhmlərinin 8,33%-nin əldə olunması yolu ilə iştirakı barədə razılaşma 2005-ci il mayın 31-də imzalanıb. Sənədin imzalanması mərasimi alman-Azərbaycan işgüzar konfransı zamanı keçirilib.
Bu alman strukturunun bankın kapitalına daxil edilməsi üçün bu il mayın 18-də UniBank səhm emissiyalarını qeydiyyata alıb və nəticədə bank 8 milyard manatlıq 800 min səhm buraxıb. Hər səhmin nominal qiyməti 10 min manat təşkil edib. Bundan sonra bankın Nizamnamə kapitalı 33 mlrd manat təşkil edib.
Hazırda azərbaycanlı səhmdarlar UniBank-ın Nizamnamə kapitalında öz paylarının ödənməsini başa çatdırıblar. Beləliklə, bankın ödənmiş kapitalı 30.25 mlrd manata bərabərdir. Dekabrın sonuna kimi özünün 8,33% payını bankın nizamnamə kapitalında Almaniya İnvestisiya Korporasiyası DEG də yerləşdirmək niyyətindədir və bu da iri BMİ-nun bankın səhmdarları tərkibinə cəlb edilməsi prosesini başa çatdırmağa imkan verir.