...

Codest Biləcəri BYS-nin müasirləşdirilməsini başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2005 15:50 (UTC +04:00)

İtaliyanın Codest şirkəti Biləcəri buxar-yuyucu stansiyasının (BYS) müasirləşdirilməsini başa çatdırıb. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmir yolu idarəsində (ADDY) bildirilib. Hazırda stansiyada avadanlığın testləşdirilməsi işləri başa çatdırılıb.

ADDY-də qeyd olunub ki, BYS-nin dekabrın sonunda istismara verilməsi nəzərdə tutulur. Təntənəli mərasimin keçirilməsi üçün hazırlıq işləri aparılır. ADDY sədri Arif Əsgərov başda olmaqla idarənin mütəxəssisləri Biləcəridə BYS-nin tikintisi ilə bağlı işlərin gedişi ilə tanış olublar.

Layihə Avropa yenidənqurma və inkişaf bankının (AYİB) dəyəri $20,2 mln. olan "TransQafqaz dəmir yolunun yenidən qurulması" kredit proqramı çərçivəsində həyata keçirilir.

Stansiyanın yenidən qurulması burada sutkada 250 sisternin daxili yuyulmasını həyata keçirməyə imkan verəcək.həmçinin stansiyada sutkada 24 sisternin xarici yuyulması üçün sex yerləşdiriləcək. Yeni stansiya sutkada 1000 m3 sudan təmizlənmə və təkrar istifadə imkanlarına malikdir.

Yeni stansiyanın təchizatı ilə ölkənin nəqliyyat nazirliyinin Yolnəqliyyatservis Departamentinin dəmir yolu sektorunun mütəxəssisləri, layihənin müqaviləçisi İtaliyanın Codest şirkəti isə əsas təmizləyici avadanlığın tədarükü və montajı ilə məşğul olur. ADDY ilə Codest arasında imzalanmış müqavilənin məbləği 5,1 mln. avro təşkil edir.

Xəbər lenti

Xəbər lenti