...

ADDY sərnişindaşımalarında pasport rejimini gücləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2005 15:02 (UTC +04:00)

Azərbaycan dövlət dəmir yolu idarəsi (ADDY) sərnişindaşımalarında pasport rejimini gücləndirib. Bu barədə Trend ə ADDY mətbuat xidmətinin rəisi Nadir Azməmmədov bildirib.

Onun sözlərinə görə, hazırda dəmir yolu kassalarında şəxsiyyət vəsiqələri təqdim olunmadan bilet verilmir.

"Bu tədbirlərin tətbiqi həm respublika daxilində, həm də beynəlxalq marşrutlarda sərnişin daşımalarında aparılır.Sərnişinlər bilet alarkən, bileti qaytararkən və vaqona minərkən şəxsiyyət vəsiqələrini təqdim etməlidir" -deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti