...

Targol Investments Sumqayıt boru prokatı zavoduna $10 milyondan artıq investisiya qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2005 15:00 (UTC +04:00)

Sumqayıt Boru Prokatı zavodunda ("Azərboru SC) poladtökmə istehsalı üçün $50 mln investisiya qoymaq tələb olunur. Bu barədə Trend ə Sumqayıtın İcra Hakimiyyətinin başçısının müavini Akif Zeynalov məlumat verib. Bu gün "Azərboru"nu özəlləşdirən Britanyianın Targol Investments Limited şirkəti zavodun yenidən qurulması üçün $11-12 mln investisiya ayırıb.

A.Zeynalovun sözlərinə görə, "Azərboru"da polad tökmək üçün 50 min ton tutumu olan elektrik sobalarının quraşdırılması planlaşdırılıb. Lakin bu istiqamətdə işlər hələ başlanmayıb.

Xəbər lenti

Xəbər lenti