...

Azərbaycanın 81 səhmdar cəmiyyətinin səhmləri pul hərracına çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2006 14:04 (UTC +04:00)

Dövlət əmlakının idarə olunması üzrə Dövlət Komitəsi 81 səhmdar cəmiyyətin (SC) səhmlərinin çıxarıldığı növbəti pul hərracının keçirilməsini elan edib. Trend in Dövlət Komitəsinin press-relizinə istinadən yaydığı məlumata görə, hərrac fevralın 14-də ixtisaslaşmış hərracların keçirildiyi Hərrac mərkəzində keçiriləcək.

Hərracda fiziki və hüquqi şəxslər iştirak edə bilər. Bu zaman sifarişçilərdən xidmət və vəya digər ödəmələr üçün haqq ödənilməsi tələb olunmur.

Press-relizdə qeyd olunduğu kimi, Dövlət Komitəsi səhmdar cəmiyyətlərin özəlləşdirməyə çıxarılan səhmlərinin satışından əldə olunan gəlirlərin artırılması, müəssisələrə investisiyaların qoyulması və yeni iş yerlərinin yaradılması tədbirlərinin davam etdirilməsini davam etdirir.

Xəbər lenti

Xəbər lenti