...

"Təhsil haqqında" qanun martda parlamentin müzakirəsinə çıxarılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2006 17:43 (UTC +04:00)

Azərbaycan Respublikasının "Təhsil haqqında" qanununun martın ikinci yarısından sonra parlamentin müzakirəsinə çıxarılması planlaşdırılır. Bu barədə Trend ə Milli Məclisin elm və təhsil komissiyasının sədri, millət vəkili Şəmsəddin Hacıyev bildirib.

Ş.Hacıyev onu da qeyd edib ki, rəhbərlik etdiyi komissiya parlamentin yaz sessiyasına qədər bir sıra qanun layihələri üzərində iş aparır: "Bizi düşündürən əsas qanun isə təhsillə bağlı olduğundan bu qanun layihəsini daha tez hazırlayıb parlamentin müzakirəsinə verməyi planlaşdırmışıq". Ş.Hacıyev onu da vurğulayıb ki, fevralın 10-dan sonra komissiya layihənin müzakirəsinə başlayacaq.

Komissiya sədri "Təhsil haqqında" AR qanununda bir sıra boşluqların olduğunu etiraf etsə də sənədin sivil təhsil sisteminə uyğunlaşdırılaraq qəbul ediləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti