...

BTC kəmərində əsaslı xərclər təqribən iki dəfə artıb

Energetika Materials 21 Noyabr 2014 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində əsaslı xərclərə 84,3 milyon dollar ayrılıb. 2013-cü ilin müvafiq dövründə bu rəqəm 48 milyon dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə BP-nin 2014-cü ilin yanvar-sentyabr aylarının yekunu üzrə hesabatında deyilir.

2014-cü il üçün əsaslı xərclərin 119 milyon dollar olması gözlənilir. 2013-cü ildə bu göstərici 97 milyon dollar təşkil edib.

Hesabata görə, müvafiq dövrdə neft kəmərində əməliyyat xərclərinin həcmi 152,4 milyon dollar olub. Proqnozlara əsasən, 2014-cü ilin yekunu üzrə bu göstərici 230 milyon dollara çatacaq.

2006-cı ilin iyun ayından indiyədək neft kəməri üzrə 272 milyon ton neft (2 milyard bareldən çox) ixrac edilib. Cari ilin ilk 9 ayında neft kəməri üzrə 26,4 milyon ton (199 milyon barel) neft nəql edilib.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir (443 kilometr Azərbaycan, 249 kilometr Gürcüstan, 1076 kilometr isə Türkiyə əraizindən keçir). Boru kəmərinin tikintisinə 2003-cü ilin aprelində başlanılıb. Onun neftlə doldurulması isə 18 may 2005-ci il tarixinə təsadüf edir.

BTC Co.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (2,36%) şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti