...

Ukraynada 43-cü "SOCAR" YDM-i istifadəyə verildi

Energetika Materials 10 Dekabr 2014 16:58 (UTC +04:00)
SOCAR Ukraynanın yanacaq bazarında mövqeyini möhkəmlətməkdə davam edir.
Ukraynada 43-cü "SOCAR" YDM-i istifadəyə verildi

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir Emil İsmayılov/

Odessada "SOCAR" brendi ilə yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu, sayca Odessada 11-ci, bütün Ukrayna üzrə isə 43-cü "SOCAR" yanacaqdoldurma kompleksidir.

Ümumi sahəsi 123,5 kv. metr olan məntəqədə eyni vaxtda 6 avtomobilin yanacaqla təchiz edilməsinə imkan verən 3 ikitərəfli paylayıcı qurğu fəaliyyət göstərir. YDM-də Polşa, Litva və Belarusun emal zavodlarında istehsal olunmuş, Avro-5 standartlarına uyğun A-92, A-95, A-95 "Nano" benzinləri, "Nano" dizel yanacağı reallaşdırılır. Təkərlərin doldurulması, avtomobilin su təchizatı, parkinq, mobil telefonların enerji təchizatı kimi xidmətlər pulsuzdur.

Kompleks ərazisində fəaliyyət göstərən "Buta kafe"də müştərilərə Azərbaycan mətbəxinin nemətləri təklif olunur. Ödəmələr nağd, bank və yanacaq kartları, habelə Level bonus kartları ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti