...

Hacılara və Quşçulara qaz verdilər

Energetika Materials 3 Sentyabr 2015 19:42 (UTC +04:00)
Bu gün Xaçmaz rayonunun Hacılar və Yevlax rayonunun Quşçu kəndlərinə təbii qaz verilib.
Hacılara və Quşçulara qaz verdilər

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Bu gün Xaçmaz rayonunun Hacılar və Yevlax rayonunun Quşçu kəndlərinə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat veir ki, bu münasibətlə keçirilmiş təntənəli mərasimlərdə rayon İcra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xaçmaz rayonunun Hacılar kəndinə ilk dəfə təbii qazın verilişi münasibəti ilə keçirilmiş tədbirdə bildirilib ki, 109 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 590 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Yevlax rayonunun 202 abonentlik Quşçu kəndinə təbii qazın verilişi bərpa edilib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, qazlaşdırma işləri zamanı ümumilikdə 12 324 metr uzunluğunda qaz xətləri çəkilib, abonentlər sayğac və fərdi tənzimləyicilərlə təchiz edilib.

Mərasimlərdə çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti