...

SOCAR GPC layihəsinin maliyyələşməsi 2017-ci ilin sonunadək bitəcək

Energetika Materials 9 Dekabr 2016 22:03 (UTC +04:00)
SOCAR GPC Azərbaycanda qaz emalı və neft-kimya kompleksinin yaradılması layihəsinin maliyyələşdirilməsi məsələsini 2017-ci ilin sonunadək başa çatdırmaq niyyətindədir
SOCAR GPC layihəsinin maliyyələşməsi 2017-ci ilin sonunadək bitəcək

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin 100 faizlik törəmə şirkəti olan "SOCAR GPC" Azərbaycanda qaz emalı və neft-kimya kompleksinin yaradılması layihəsinin maliyyələşdirilməsi məsələsini 2017-ci ilin sonunadək başa çatdırmaq niyyətindədir.

Trend bu barədə "SOCAR GPC"nin saytına istinadən məlumat verir.

Məlumatda deyilir: “SOCAR GPC Azərbaycanda istehsalat gücü ildə 10 milyard kubmetrə yaxın təşkil edəcək yeni qaz emalı və neft-kimya kompleksinin inkişafı, layihələndirilməsi və tikintisi, maliyyələşməsi və əməliyyat fəaliyyəti ilə məşğul olacaq”.

Məlumatda qeyd olunur ki, layihənin maliyyələşməsi həm xüsusi kapital, həm birbaşa maliyyələşmə və ixrac kredit agentlikləri tərəfindən kreditləşmə, eləcə də əsasən Asiya və Avropa şirkət və maliyyə təşkilatları olmaqla kommersiya banklarından borc alınması yolu ilə olacaq.

"SOCAR GPC"nin maliyyə məsləhətçiləri qismində Niderlandın "ING Bank", Çinin Dövlət İnkişaf Bankı və Rusiyanın “Qazprombank”ı iştirak edir.

Qeyd edək ki, GPC layihəsi Bakıdan 15 kilometr məsafədə qaz emalı və neft-kimya kompleksinin yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri 4 milyard dollar qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti