...

Azərbaycanın 2017-ci ildə neft hasilatı üzrə proqnozu OPEK-in qərarına uyğundur

Energetika Materials 15 Dekabr 2016 09:50 (UTC +04:00)
Ümumilikdə Azərbaycan hakimiyyəti 2017-ci ildə neft hasilatını 39 796,9 min ton səviyyəsində proqnozlaşdırır.
Azərbaycanın 2017-ci ildə neft hasilatı üzrə proqnozu OPEK-in qərarına uyğundur

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanda gələn il üçün neft hasilatı üzrə proqnoz OPEK ölkələri və digər istehsalçılar tərəfindən dekabrın 10-da Vyanada əldə olunmuş neft hasilatının azaldılması üzrə razılaşmaya uyğundur.

Bu barədə Trend-ə Energetika Nazirliyindən bildiriblər.

Qurumdan deyiblər ki, hasilatın azaldılması haqqında Vyana razılaşmasını nəzərə alaraq, Azərbaycanda 2017-ci ildə orta sutkalıq neft hasilatı 800-807 min barel təşkil edəcək. Belə ki, cari ildə bu göstərici 842 min barel olacaq.

Ümumilikdə Azərbaycan hakimiyyəti 2017-ci ildə neft hasilatını 39 796,9 min ton səviyyəsində proqnozlaşdırır. Bu, 2016-ci ilin göstəricisindən 3,7 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti