...

“Azəriqaz” “ASAN” xidmət vasitəsi ilə 40 minə yaxın istehlakçıya xidmət edib

Energetika Materials 10 May 2017 17:03 (UTC +04:00)
ASAN xidmət mərkəzlərinə ümumilikdə 39973 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.
“Azəriqaz” “ASAN” xidmət vasitəsi ilə 40 minə yaxın istehlakçıya xidmət edib

Bakı. Trend:

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yanvar-aprel ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Qurumdan Trend-ə verilən məlumata görə, 2017-ci ilin yanvar-aprel ayları ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı ASAN Komunal mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı ASAN xidmət mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərinə ümumilikdə 39973 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti