...

SALYAN OIL "KÜRSƏNGİ-QARABAĞLI" DA LAYIN HİDROPARTLAYIŞ ÜSULUNDAN GÖZLƏNİLƏN NƏTİCƏLƏRİ ALMAYIB

Energetika Materials 1 Sentyabr 2005 14:45 (UTC +04:00)

Salyan Oil Limited (SOL) əməliyyat şirkətinin "Kürsəngi-Qarabağlı" blokundakı fəaliyyətdə olan quyularda tətbiq etdiyi layın hidropartlayış üsulu gözlənilən nəticələri verməyib.Bu barədə Trend agentliyinə şirkətdə bildirilib.

Səmərəliliyin olmaması səbəbindən şirkət quyularda bu üsulun tətbiqini davam etdirmək niyyətində deyil.Cari ildə şirkət bu üsuslu sutkada 1-2 ton neft verən quyularda tətbiq etmişdi.

SOL nümayəndəsinin sözlərinə görə, adıçəkilən işlər 20 quyuda aparılıb, bunların nəticəsində hasilat 2-3 dəfə artırılıb.Amma şirkəti qane etməyib, belə ki, bu, layın hidropartlayış üsulunun tətbiqinə sərf edilən xərcləri ödəmir.

"Kürsəngi" və "Qarabağlı" yataqlarının işlənib-hazırlanması üzrə 25 il müddətinə olan müqavilə 1998-ci ilin dekabrında imzalanıb. Salyan Oil əməliyyat şirkəti 1999-cu ilin mayında yaradılıb.Onun sərmayədarları ARDNŞ (50% payla), (China National Oil and Gas Exploration and Development Corp. - CNODC i FAL - 25%) Çinin milli neft korporasiyasıdır.

Xəbər lenti

Xəbər lenti